“Qarabağ Dirçəliş Fondu”nun Müşahidə Şurası işğaldan azad edilmiş ərazilərdə bərpa işlərini müzakirə etdi

“Qarabağ Dirçəliş Fondu”nun Müşahidə Şurası işğaldan azad edilmiş ərazilərdə bərpa işlərini müzakirə etdi
Sosial 74

Bu gün “Qarabağ Dirçəliş Fondu”nun Müşahidə Şurasının üzvləri işğaldan azad edilmiş ərazilərdə bərpa işlərini müzakirə ediblər.

BAKU.WS trend-ə istinadən xəbər verir ki, iclasda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov Fondun əhəmiyyəti barədə danışıb, bununla bağlı daxili və xarici təbliğatın aparılmasının vacibliyini qeyd edib.

Müşahidə Şurasının digər üzvləri də bu təşəbbüsün əhəmiyyətini qeyd ediblər. İclas zamanı işğaldan azad edilmiş ərazilərə investisiyaların və özəl sektorun cəlb olunması, bərpa işlərinə maliyyə dəstəyinin göstərilməsi və digər məsələlər müzakirə edilib.

Şuranın növbəti iclasının yaxın zamanlarda keçiriləcəyi və Müşahidə Şurasının üzvlərinin Fondun fəaliyyəti istiqamətində vəzifələrinin müəyyənləşdiriləcəyi nəzərdə tutulub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

İlham Əliyevdən Bakı Bulvarının dəyişdirilməsilə bağlı YENİ QƏRAR

İlham Əliyevdən Bakı Bulvarının dəyişdirilməsilə bağlı YENİ QƏRAR

Dənizkənarı Milli Parkın ərazisində yerləşən obyektlərin görünüşü ilə bağlı vahid tələblər konsepsiyası və müvafiq yenidənqurma (rekonstruksiya) proqramı hazırl...

13062 Sosial 09:06 01 avqust 2018

Son xəbərlər