Qanunsuz tikinti aparanları hansı cəza gözləyir? - RƏSMİ AÇIQLAMA

Qanunsuz tikinti aparanları hansı cəza gözləyir? - RƏSMİ AÇIQLAMA
Sosial 146

Qanunsuz tikinti fəaliyyəti ilə məşğul olan şəxslər üçün qanunvericilikdə həm cinayət, həm də inzibati məsuliyyət tədbirləri nəzərdə tutulub.

Məsələ ilə bağlı BAKU.WS-in sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, torpaq sahələrinin qanunsuz olaraq ələ keçirilməklə tikinti işlərinin aparılması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

"Bundan başqa, qanunsuz tikinti aparılarkən torpaqların münbit qatı korlandığı halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci, tikinti məqsədləri üçün ayrılmamış torpaq sahəsində tikinti işləri həyata keçirilərsə 247-ci, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına, yəni həmin torpaq sahələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanılmasına görə 248.1-ci maddələrində nəzərdə tutulan məsuliyyətə səbəb olur", - deyə məlumatda qeyd olunub.

Banu Hüseynli

Son xəbərlər