Qalmaqallı polis rəisinin yerinə TƏYİNAT
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyində daha bir kadr təyinatı həyata keçirilib.
BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, nazir Vilayət Eyvazovun əmri ilə Masallı rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov vəzifəsindən azad edilib.
Nazirin digər əmri ilə H.Əmiraslanov Tovuz Rayon Polis Şöbəsinin rəisi təyin edilib.
Qeyd edək ki, bir müddət öncə Tovuz RPŞ rəisi Şirzad Əsgərov təqaüdə göndərilib.
Ş.Əsgərov 2019-cu ilin noyabr ayında itkin düşən və ölkə gündəmini zəbt edən 10 yaşlı Nərmin Quliyevanın 45 gün ərzində tapılmamasına görə medianın gündəminə gəlmiş və ictimaiyyətin tənqid hədəfi olmuşdu.
Oxşar xəbərlər
Nərmin Şahmarzadə bu dəfə sərt tənqid olundu: "Bu cür adamlar ruhi xəstədir"
Bir neçə il öncə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında təhqiredici fikirlər səsləndirən Nərmin Şahmarzadə yenə öz ampulasında qalmaqdadır. Xat...