"Qaçqınkom" sədri koronavirusa görə qəbula getmədi, 5 saat videoqəbul keçirdi - FOTO

Qaçqınkom sədri koronavirusa görə qəbula getmədi, 5 saat videoqəbul keçirdi - FOTO
Foto
Sosial 227

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının (COVID-19) qlobal pandemiya elan olunması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ qərargahın tövsiyələri nəzərə alınaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların fərdi qaydada qəbulu müvəqqəti olaraq dayarandırılaraq müasir rabitə-kommunikasiya vasitələrindən istifadə edilməklə onlayn videoqəbula başlanılıb.

Qurumdan BAKU.WS-ə verilən məlumata görə, martın 17-də Dövlət Komitəsinin sədri Rövşən Rzayev əvvəlcədən növbəlilik əsasında qəbula yazılan vətəndaşlarla videozəng vasitəsilə əlaqə saxlayıb, onların müraciətlərini dinləyib, suallarını cavablandırıb.

Prezident İlham Əliyevin apardığı mükəmməl siyasi xəttin ölkəmizin hərtərəfli və davamlı inkişafını, bütün sosial layihələrin ardıcıl icrasını təmin etdiyi, qlobal pandemiya ilə bağlı fövqəladə şəraitdə əhalinin təhlükəsizliyinin qorunması, koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq üçün zəruri tədbirlər görüldüyü diqqətə çatdırılıb.

Belə şəraitdə yalnız dövlət tərəfindən həyata keçirilən tədbirlərin deyil, bütün cəmiyyətin, o cümlədən qaçqınların və məcburi köçkünlərin sosial məsuliyyətdən irəli gələn addımlarının, görülən işlərə dəstəyinin vacibliyi qeyd edilib. Eyni zamanda vurğulanıb ki, qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həll edilməsi məqsədilə bu il müəyyənləşdirilmiş bütün tədbirlər yerinə yetiriləcək.

Birinci vitse-prezident xanım Mehriban Əliyevanın qaçqınlara və məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərdiyi, hazırkı şəraitdə onların sağlamlığının qorunması üçün bütün zəruri tədbirlərin görülməsi barədə tapşırıqlar verdiyi bildirilib.

Dövlət Komitəsinin sədri videoqəbulu beş saatdan çox davam edib. Əksəriyyəti məcburi köçkün olan 40-dan çox vətəndaşın müraciəti dinlənilib və müvafiq qaydada qeydə alınıb. Hər bir müraciət araşdırılacaq və cavablandırılacaq.

Dövlət Komtəsində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq digər vəzifəli şəxslərin də videoqəbulları təşkil ediləcəkdir.

Bu barədə məlumatları vətəndaşlar komitənin rəsmi internet səhifəsindən ala, həmçinin 012 525-41-03 və ya 055 900-12-40 nömrəli telefonlara zəng etməklə komitənin vəzifəli şəxslərinin onlayn rejimdə qəbuluna yazıla bilərlər.

Bu zaman vətəndaş hansı vəzifəli şəxsin qəbulunda olmaq istədiyini bildirməli, özü haqqında məlumat və əlaqə üçün telefon nömrəsi verməlidir.

Onlayn rejimdə qəbul növbəlilik əsasında, vətəndaşlara Dövlət Komitəsindən zəng edilməklə aparılacaq.

Son xəbərlər