Dövlət Gömrük Komitəsindən vətəndaşlara MÜRACİƏT
Dövlət Gömrük Komitəsində vətəndaşların qəbulu və şifahi müraciətlərə baxılması işində müəyyən məhdudiyyətlər nəzərdə tutulub.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən BAKU.WS-ə bildirilib ki, koronavirus infeksiyasının (COVID-19) ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyənləşdirilmiş sosial izolyasiya tədbirlərinə uyğun olaraq, martın 17-dən Dövlət Gömrük Komitəsində vətəndaşların qəbulu və şifahi müraciətlərə baxılması işində müəyyən məhdudiyyətlər nəzərdə tutulub. Qəbul otağında vətəndaşların fərdi surətdə qəbulu təxirə salınıb. Fərdi qəbul üçün vətəndaşlardan komitəyə gəlməmələri xahiş olunur. Müraciətlər yalnız elektron və telefon vasitəsilə qəbul ediləcək.Vətəndaşlar müraciətlərini yazılı şəkildə “[email protected]” elektron ünvanına göndərə və ya komitənin rəsmi internet saytında fəaliyyət göstərən komitə sədri ilə birbaşa əlaqə (virtual qəbul) bölməsinə ünvanlaya bilərlər.
Şifahi müraciətlərin, Dövlət Gömrük Komitəsinin fəaliyyətilə bağlı sualların cavablandırılması üçün Komitənin 195/6 nömrəli Çağrı mərkəzi ilə əlaqə yaradılması xahiş olunur.
Gömrük prosedurları ilə bağlı komitə səviyyəsində həll edilməsi zərurəti yaranmış məsələlərlə əlaqədar vətəndaşlar 012-404-22-38 nömrəli telefonla “qaynar xətt” vasitəsilə müraciət edə bilərlər.
Oxşar xəbərlər
Baş Nazirdən koronavirusla bağlı TAPŞIRIQ: Bu şəxslərin işləməyi qadağan edilsin!
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə məktub göndərib. BAKU.WS xəb...