Püstənin sürətlə azalmasına səbəb Dubay şokoladıdır?

Dubay şokoladı ətrafında ajiotaj dünyada püstə qıtlığına yol açıb. Bu səbəbdən püstə ləpələrinin qiyməti kiloqrama görə 7.65 dollardan 10.30 dollara qədər artıb.
Sahibkarların bildirdiyinə görə, Azərbaycanda istehsal olunan məhsulların qiymətində hələlik artım müşahidə olunmur. Əksinə, yay aylarına doğru qiymətlərin düşəcəyi proqnozlaşdırılır.
"Amerikadan gələn malların qiymətində baş verən artım bizdən asılı deyil. Amma yerli məhsulların qiymətində heç bir dəyişiklik yoxdur", - deyə sahibkarlar vurğulayıblar.
İqtisadçı Xalid Kərimli isə bildirib ki, püstəyə olan tələbat hazırda da artmaqda davam edir və bu, qiymətlərin yenidən qalxmasına səbəb ola bilər.
"Buna səbəb reklamın yaratdığı ciddi tələbat artımıdır", - iqtisadçı deyib.
Qeyd edək ki, qiyməti kifayət qədər yüksək olan qabıqlı püstə ölkəyə 2023-cü ildə 229.41, 2024-cü ildə 277.97 ton gətirilib. Qabığı təmizlənmiş püstə idxalı isə 2023-cü ildə 27.39 ton olduğu halda, bu rəqəm 2024-cü ildə 58.38 tona qədər artıb.
Ətraflı Baku TV-nin süjetində:

Oxşar xəbərlər
Bakıda nəqliyyat sıxlığının azaldılması üçün tədbirlər görüləcək
Daxili işlər naziri Vilayət Eyvazov ötən gün keçirilən kollegiya iclasında paytaxtda mövcud olan nəqliyyat sıxlığı və tıxaclarla bağlı məsələlərə toxunub. Nazir...