Psixoloq xəbərdarlıq etdi: Karantin müddətində BUNLARI ETMƏYİN - VİDEO

Psixoloq xəbərdarlıq etdi: Karantin müddətində BUNLARI ETMƏYİN - VİDEO
Video
Sosial 1678

Dünyada tüğyan edən koronavirus pandemiyası səbəbindən əksər ölkələr karantin rejiminə keçiblər.

BAKU.WS xəbər verir ki, karantin rejiminə əməl edən şəxslər bütün günü evdə olur və nadir hallarda bayıra çıxa bilirlər.

Sağlamlıq baxımından atılan bu addım digər tərəfdən insanda başqa travmalar yaradır. Belə ki, koronavirus səbəbilə psixoloji tükənmə halı baş verir. Bu vəziyyət evdə oturmaq məcburiyyətində qaldıqdan bir neçə həftə sonra meydana gəlir.

Apatiya, sonsuz həbs hissi, görünən perspektivlərin olmaması insanı qıcıq və qəzəblə ifadə edilə bilən depressiyaya sürükləyir.

Psixoloq Mixail Kasatkin psixoloji tükənmənin necə başa verdiyini və bu problemin öhdəsindən gəlməyin yollarını izah edib:

"İlk simtom budur ki, insanları apatiya gözləyir. Sanki dünyanın sonudur, bu vəziyyət qurtarmayacaq və həyat əvvəl kimi artıq olmayacaq. Hər şeydən əsəbləşməyə və daha çox hirsini yaxınlarından çıxmağa başlayacaqlar.

Bizim hər birimizin evdə bir, iki həftə qalmaq təcrübəsi var. Amma 3 həftə ardıcıl evdə oturmaq tərcübəmiz yoxur. Bu hal insan psixologiyasına yaddır. Eyni insanları, divarları, şəkilləri görmək artıq bezdirməyə başlayacaq.

İnsanların əziyyət çəkməsinə səbəb onların özlərini ev dustaqları kimi hiss etməsi olacaq. Çünki insanlar daha çox sosiallaşmağa, ünsiyyət qurmağa və münasibətlər yaşamağa meyillidir. Bunlar olmayandan sonra insanların uzun illər öyrəşdiyi hallar aradan qalxır və buna görə həyəcan təbili çalınır.

Burada bir təhlükəli hal da mövcuddur ki, evdə yaranan gərginlik boşanmalara da təsir edəcək. Fransada dördüncü həftə zamanı polisə evdə zorakılıqla bağlı edilən zənglərin sayı 33 faiz artıb. Bu, onunla bağlıdır ki, bizə pis olanda vəziyyəti düzgün qiymətləndirə bilmirik və qarşıdakı insanları nədəsə ittiham etməyə başlayırıq.

Bizə elə gəlir ki, əgər spirtli içki qəbul etsək, nəsə çəksək bizə yaxşı olacaq və rahatlıq əldə edəcəyik. Lakin bu rahatlıq müvvəqəti olacaq, sonra vəziyyət daha da ağırlaşacaq. Buna görə, qətiyyən bu hallara yol vermək olmaz.

İnsanlara məsləhətim budur ki, səhər erkən saatlarda yuxudan dursunlar. Daima idman etsinlər. Əsl vaxtıdır ki, insanın psixologiyasını düzgün istiqamətə sürətləndirəcək dualar etsinlər, meditasiya ilə məşğul olsunlar. Əgər bunu əvvəllər 20 faiz edirdinizsə, indi bunu 50-80 faiz edin".

Son xəbərlər