Bərdədə qidadan zəhərlənən bir ailənin dörd üzvünün VƏZİYYƏTİ AÇIQLANDI
Bərdə rayonunda qidadan zəhərlənən bir ailənin dörd üzvünün vəziyyəti açıqlanıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib.
"07.12.2025-ci il tarixində saat 06:30 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 4 nəfər (2 qadın, 2 kişi) hospitalizasiya olunub.
Qusma, ürəkbulanma, dispepsiya, dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozları təyin olunan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - məlumatda qeyd edilib.
*** 11:30
Bərdə rayonunda bir ailənin dörd üzvü qidadan zəhərlənib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə dekabrın 7-də Xanərəb kəndində baş verib.
1968-ci il təvəllüdlü Vüqar Əliyev, həyat yoldaşı 1968-ci il təvəllüdlü Elza Əliyeva, oğlu 1994-cü il təvəllüdlü Şəmistan Əliyev və onun arvadı 2006-cı il təvəllüdlü Təhminə Əliyeva yaşadıqları evdən qidadan (pomidor turşusu) zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.
T.Əliyevanın vəziyyətinin ağır, digərlərinin vəziyyəti qənaətbəxş olduğu bildirilir.
Oxşar xəbərlər
Əmisinin baltaladığı yeniyetmə evə buraxıldı
Cəlilabadda əmisi tərəfindən baltalanan 14 yaşlı yeniyetmə xəstəxanadan evə buraxılıb. BAKU.WS xəbər verir ki, bu barədə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında...