Psixi çatışmazlığı olan şəxs həbs oluna bilər? - AÇIQLAMA/FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkədə vətəndaşlara qarşı qeyri-etik hərəkətlər edən yeniyetmənin görüntüsü ictimaiyyətdə narazılıq yaradıb.
Elə bu səbəbdəndir ki, yetkinlik yaşına çatmayan şəxs A.C adlı şəxsin hərəkətləri polis tərəfindən araşdırılıb.
Bunun nəticəsində valideyninin iştirakı ilə onun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq xəstəxanaya yerləşdirilməsi təmin olunub.
Bəs, sağlamlıq durumu yerində olmayan şəxsləri qanunvericiliklə hansı cəza gözləyir? Onların məsuliyyətə cəlb olunması mümkündürmü?
Bu suallara cavab tapmaq üçün vəkil Vamiq Şükürova müraciət etdik. Vəkil BAKU.WS-ə bildirib ki, Psixatriya haqqında qanuna əsasən, hər hansı şəxs psixi pozuntusu ilə özü və ətrafdakı insanlar üçün təhlükə törədərsə, bədən xəsarəti yetirərsə, əmlaka ziyan vurarsa, bu zaman onun yaxın qohumları və səlahiyyətli orqanların vəsatəti ilə məhkəmə qərarı əsasında psixatriya müəssisəsinə məcburi yerləşdirilə bilər:
“Bəhs olunan olayda həmin şəxsin zorakılıq törətməsi müəyyən olunmur. Lakin onun xırda xuliqanlıq hərəkətlərinə yol verdiyi görünür. Həmin yeniyetmənin ahıl yaşda qadını qucağına alması İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə ictimai qaydaya açıq şəkildə hörmətsizlik və zorakılıq halıdır. Qeyd olunanları nəzərə alaraq həmin şəxs barəsində polisin təqdim edəcəyi protokolla məhkəmənin qərarı ilə hbs qərarı da çıxa bilər.
Ümumiyyətlə sağlamlıq problemi olan şəxslərlə bağlı danışsaq deyə bilərik ki, hər hansı bir şəxsin xəstəliyi öz təsdiqini taparsa, ekspertiza ilə özünü idarə edə bilməməsi və etdiklərinin fərqində olamamsı müəyyən edilərsə, bu zaman həmin şəxsə inzibati xəta tətbiq oluna bilməz. Lakin o, məcburi müalicəyə göndərilə bilər.
İnzibati Xətalar Məsəlləsində psixi xəstəliyə tutulan şəxsin məsuliyyətdən azad olunması halı var. Yəni həmin şəxs sağalandan sonra məsuliyyətə cəlb oluna bilməz”.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...