“Problemin olmasından qorxuram” – Məzahir Pənahov

“Problemin olmasından qorxuram” – Məzahir Pənahov
Sosial 165

"Seçki dairələrinin sərhədlərinin müəyyənləşdirilməsi ciddi məsələdir. Burada maraqların toqquşması, məntəqələrin yaradılması müzakirə edilir".

BAKU.WS "modern.az"a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

MSK rəhbərinin sözlərinə görə, elə olmamalıdır ki, hansısa seçki məntəqəsi yaradılsın, digər yerlərdən ora gələn insanların səs verməyinə məcburiyyət olsun:

"Ola bilər, bəzi problemlərlə üzləşək. Hansı yerlərdə problem olmaq ehtimalı varsa, mənə elə gəlir ki, ilk o hissələrdən başlamaq, dairələrin sərhədlərini müəyyənləşdirmək lazımdır. Mən qorxuram ki, bu 125 dairənin hər birində özünü göstərsin. Bu məsələyə ciddi yanaşmaq lazımdır. Yaşayış məntəqələri arasında konflikt yaratmayaq. Bu baş verəndə rayon rəhbərliyinə problem yaradır".

Son xəbərlər