Prezidentin tapşırığının icrasına başlandı - Əhaliyə şad xəbər

Prezidentin tapşırığının icrasına başlandı - Əhaliyə şad xəbər
Sosial 9242
Bu gündən ölkə əhalisinin tibbi müayinələrdən keçirilməsinə başlanılır.APA-nın xəbərinə görə, prezidentin tapşırığı rəhbər tutularaq əhalinin tibbi müayinələrdən keçirilməsi mayın 12-dək davam edəcək.Respublika əhəmiyyətli tibb müəssisələrinin mütəxəssislərindən ibarət qruplar müntəzəm olaraq regionlara ezam olunacaqlar.Qeyd edək ki, səhiyyə nazirinin müavini Nigar Əliyeva “Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə” sərəncam imzalayıb.Sərəncamda xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunması, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.BAKU.WS

Oxşar xəbərlər

Prezident tapşırıq verdi - bütün əhali tibbi müayinədən keçiriləcək

Prezident tapşırıq verdi - bütün əhali tibbi müayinədən keçiriləcək

Azərbaycan əhalisi tibbi müayinələrdən keçiriləcək. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, səhiyyə nazirinin müavini Nigar Əl...

10231 Sosial 11:48 02 fevral 2018

Son xəbərlər