Prezidentin köməkçisi: “Karantin rejimini pozmaqla qəhrəmanlıq etdiyini düşünənlər yanılırlar”

Karantin rejimini pozmaqla qəhrəmanlıq etdiyini düşünənlər yanılırlar”.
BAKU.WS-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, bəzi insanlar məsuliyyətsiz davranışla özlərini aldadırlar: “Həmin insanlar ilk növbədə ailələrini yoluxdura bilərlər”.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, media koronavirus pandemiyası ilə bağlı cəmiyyəti məlumatlandırmaq istiqamətində dövlətlə birgədir, bu fəaliyyət təqdir olunur: “Dövlətin karantin rejimi tətbiq etməkdə məqsəd vətəndaşlarını riskdən qorumaqdır. Məsuliyyətsiz davranışa yol verənlərin qarşısını da birlikdə almalıyıq”.
Oxşar xəbərlər
Baş nazirdən vacib qərar
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində aztəminatlı ailələrə ünvanlı dövlət sosial yar...
