Prezidentin "canavar"ı adlandırılıan lüks maşın - FOTOLAR

Prezidentin canavarı adlandırılıan lüks maşın - FOTOLAR
Sosial 5490
 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xidməti maşını ilə bağlı maraqlı məlumat yayılıb. Azvision.az Türkiyə mətbuatına istinadən bildirir ki, Ərdoğanın xidməti avtomobili "Mercedes” S600 modelidir. Prezidentin maşını texnoloji özəlliklərinə, xüsusilə təhlükəlisizlik baxımından üstün funksiyalara malikdir. Ərdoğanın maşını 1 milyon lirəyə bərpa edilib. 

Maşının ön işıqlarının yanında gözyaşardıcı qaz cihazı yerləşdirilib. Sürət həddini aşdıqda ön işıqlar daha parlaq yanır. 

Prezidentin
 

Avtomobilin təkərləri deşilməyə və partlamağa qarşı davamlıdır. Təkərlədə hər hansı problem, deşilmə olarsa, polad təkərlər dövrəyə girərək maşının hərəkətdə olmasını təmin edir. 

S600 modellərindən fərqli olaraq Ərdoğanın xidməti avtomobili daha uzun olan, güllə keçirməz və müxtəlif cür patlayıcılara qarşı qorunma xüsusiyyətlərinə malikdir. 

Prezidentin

Avtomobilə kimyəvi hücumlar olsa belə, zəhərli hava avtomobilin salonuna daxil olmur. 

Ərdoğanın gündəlik istifadə etdiyi maşının saxlanc yeri titandan hazırlanıb. Qapıları 13 sm-lik dəmirlə gücləndirilib. Haqqında danışdığımız maşına xüsusi üstünlüklərinə görə Ərdoğanın "canavarı” da deyirlər. 

Prezidentin

Avtomobilin telefonu birbaşa peykə bağlıdır. Hərəkətdə olarkən avtomobildə hər hansı təhlükə yaranarsa, telefon əlaqəsi kəsilmir, prezidentin mühafizəçiləri dövlət qurumları ilə maneəsiz əlaqə yarada bilirlər. 

BAKU.WS

Prezidentin

Prezidentin

Prezidentin

Oxşar xəbərlər

Ərdoğanın qaldığı hotelə hücum edən 9 hərbçi tutulub

Ərdoğanın qaldığı hotelə hücum edən 9 hərbçi tutulub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Mərmərədə qaldığı otelə hücum edən qiyamçı hərbçilərdən daha 9-u saxlanılıb. APA-nın "Anadolu" agentliyinə istinadə...

914 Hadisə 09:12 01 avqust 2016

Son xəbərlər