Prezidentdən “Güzəştli mənzil”lə bağlı - Fərman

Prezidentdən “Güzəştli mənzil”lə bağlı - Fərman
Sosial 1220
Prezident İlham Əliyev "Güzəştli mənzil” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman verib.AZXEBER.COM xəbər verir ki, fərmanda bildirilir:1. "Güzəştli mənzil” sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur). 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.4. Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi bu Fərmandan irəli gələn məsələləri həll etsin.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Dövlət Turizm Agentliyinin Əsasnaməsi və strukturu təsdiq edilib

Dövlət Turizm Agentliyinin Əsasnaməsi və strukturu təsdiq edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.Fərmanla “Azərbaycan Respublika...

1207 Siyasət 21:41 21 sentyabr 2018

Son xəbərlər