Prezident yol tikintisi üçün 4,9 milyon manat ayırdı
Yeniliklərdən dərhal xəbərdar olun
Qaxda yol tikintisi üçün dörd milyon doqquz yüz min manat vəsait ayrılıb.
BAKU.WS xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Sərəncamla iki min nəfər əhalinin yaşadığı üç yaşayış məntəqəsini birləşdirən Qax-Qaşqaçay-Armudlu (11 km)-Aşağı Malax-Qaşqaçay-Armudlu avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.7-ci yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 4,9 milyon (dörd milyon doqquz yüz min) manat ayrılıb.Maliyyələşmə Maliyyə Nazirliyinə, sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə həvalə olunub.
Oxşar xəbərlər
Qaxda avtomobil yollarının yenidən qurulması işlərinə başlanılıb - FOTO/VİDEO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Qaxda uzunluğu 12,5 km olan və Qax-Qaşqaçay-Armudlu avtomobil yolunun 11-ci km-dən ayrılan Aşağı Malax-Qaş...