Prezident İlham Əliyev daha iki universitet haqqında sərəncam imzaladı

Prezident İlham Əliyev daha iki universitet haqqında sərəncam imzaladı
Sosial 2991
 

Azərbaycan prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında sərəncam imzalayıb.

BAKU.WS-in məlumatına görə, sərəncama əsasən Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan universitetlərə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Nazirlər Kabinetinə bu sərəncamda nəzərdə tutulmuş publik hüquqi şəxslərin nizamnamələrinin layihələrini və təsisçilərinin səlahiyyətlərini həyata keçirənlər barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Xatırladaq ki, bir neçə gün əvvəl dövlət başçısı Azərbaycan Dillər Universitetinin də Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan universitetə çevrilmə yolu ilə yenidən təşkil edilməsinə dair sərəncam imzalayıb.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda yeni dövlət qurumu yaradıldı

Azərbaycanda yeni dövlət qurumu yaradıldı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin yaradılması haqqında fərman imzalayıb. BAKU.WS-in verdiyi məlumata görə, sərəncamla...

2895 Siyasət 19:15 20 iyun 2017

Son xəbərlər