ADPU-nun Qazax filialı BDU-ya, Zaqatala filialı ADİU-ya verildi

ADPU-nun Qazax filialı BDU-ya, Zaqatala filialı ADİU-ya verildi
Siyasət 2185
 

Prezident İlham Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax və Zaqatala filialları barədə sərəncam imzalayıb.

BAKU.WS ölkə başçısının saytına istinadən bildirir ki, sərəncamda deyilir:

- Regionların sosial-iqtisadi inkişafı üçün yüksək ixtisaslı kadrlara tələbatı təmin etmək, bölgələrdə yaşayan gənclərin seçdikləri ixtisaslar üzrə keyfiyyətli ali təhsilə çıxış imkanlarını genişləndirmək, eləcə də ali təhsil müəssisələrinin mövcud maddi-texniki və kadr potensialından istifadənin səmərəliliyini artırmaq məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2016-cı il iyul ayının 1-dən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialı Bakı Dövlət Universitetinin Qazax filialı, Zaqatala filialı isə Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı hesab edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Bakı Dövlət Universitetinin Qazax filialında və Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında 2016-2017-ci tədris ilindən kadr hazırlığı aparılacaq ixtisasların siyahısını müəyyənləşdirsin və tədris prosesinin təşkili üçün zəruri tədbirlərin görülməsini təmin etsin.

5. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsi Bakı Dövlət Universitetinin Qazax filialına və Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialına 2016-2017-ci tədris ili üçün qəbul imtahanlarının keçirilməsini təmin etsin.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradıldı

Azərbaycanda Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradıldı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haq...

1362 Sosial 21:23 20 aprel 2016

Son xəbərlər