Prezident İlham Əliyev vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Sosial 827

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb.

BAKU.WS xəbər verir ki, sərəncamda aşağıdakılar qeyd edilir:

1. 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsün.

Oxşar xəbərlər

Azərbaycanda hərbi xidmətə növbəti çağırış başladı

Azərbaycanda hərbi xidmətə növbəti çağırış başladı

Prezident İlham Əliyevin iyunun 11-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılma...

2 Sosial 11:23 01 iyul 2020

Son xəbərlər