Prezident bu il Qarabağ və Şərqi Zəngəzurda tikintisi başa çatacaq məktəbləri açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Üç məktəbin inşası bu il başa çatmalıdır – Ağdamda 1 nömrəli məktəb, Cəbrayıl şəhərində məktəb və qeyd etdiyim kimi, Şuşa şəhərində məktəb.
BAKU.WS xəbər verir ki, bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.
"Hər üç məktəb 960 yerlikdir. Dörd xəstəxana inşa edilir. Şuşa şəhərində xəstəxana bu il istismara veriləcək, Ağdamda 210, Füzulidə 180 çarpayılıq xəstəxanaların inşasına start verilib. Cəbrayılda isə yaxın gələcəkdə xəstəxananın təməli qoyulacaq", - deyə ölkə başçısı əlavə edib.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun inşa etdiyi məktəblərin açılışı olub - FOTO
2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun dəstəyi ilə respublikanın müxtəlif bölgələrində yeni inşa və əsaslı təmir olunan məktəb, eləcə də məktəbəqədər...