İpoteka krediti ilə hansı mənzili almaq olar? - ŞƏRTLƏR SUALLARA CAVABLAR

İpoteka krediti ilə hansı mənzili almaq olar? - ŞƏRTLƏR SUALLARA CAVABLAR
Sosial 924

İpoteka və Kredit Zəmanət Fondu mənzil şəraitini yaxşılaşdırmaq istəyən vətəndaşlara ipoteka kreditini əldə etmək imkanı verir.

BAKU.WS xəbər verir ki, ipoteka kreditini almaq üçün Elektron Hökumət Portalında ( www.e-gov.az) mövcud olan “Elektron ipoteka və kredit zəmanət” sisteminə gücləndirilmiş elektron imza (e-imza, asan imza) ilə qeydiyyatdan keçərək müraciət etmək olar.

• İpoteka kreditinin alınması üçün tələb olunan sənədlər:

1. Borcalanın (borcalanların) şəxsiyyətini təsdiq edən sənəd və sənədin surəti;2. Nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti;3. Borcalanın (borcalanların) yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti;4. Borcalanın (borcalanların) iş yerini və gəlirlərini təsdiq edən sənədlər;5. Şəxsin güzəştli kateqoriyaya aid olduğunu təsdiq edən sənəd (şəxs güzəştli kateqoriyaya aid olduqda).

Borcalan (borcalanlar) fərdi sahibkar olduqda:

1. Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçdiyi barədə şəhadətnamənin surəti;2. Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi.Qeyd: Tələb olunan sənədlər elektron sistem vasitəsilə, bu mümkün olmadıqda isə kağız daşıyıcılarda təqdim edilməlidir.

• İpoteka kreditinin rəsmiləşdirilməsindən sonra təqdim olunmalı sənədlər:

1. İpoteka müqaviləsinin (Qarışıq müqavilə) və ipoteka kağızının əsli və onların dövlət qeydiyyatından keçməsini təsdiqləyən sənədlər;2. Borcalanın (borcalanların) həyatın ölüm halından və əmək qabiliyyətinin itirilməsinin və ipoteka predmetinin sığortalanmasını və sığorta ödənişlərinin ödənildiyini təsdiqləyən sənədlər.

İpoteka krediti ilə hansı yaşayış sahəsini almaq olar? İpoteka krediti, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına və ya qabaqcadan qeydiyyata alınmış yaşayış sahəsinin, o cümlədən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barəsində təminat qeydi aparılmış tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payın alınmasına verilir.

Kreditin alınmasında yaş məhdudiyyəti varmı?Kreditin son ödəniş tarixinə borcalanın və ya birgə borcalanın yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən (kişilər-65 yaş, qadınlar-65 yaş) çox olmamalıdır. Yəni, kredit müqaviləsi bağlanan ana borcalanın 50 yaşı varsa, müqavilə 15 ildən artıq müddətə bağlanıla bilməz.

Bir ailədən neçə nəfər ipoteka krediti ala bilər?Ailə üzvlərinin maddi vəziyyəti imkan verdiyi, hər bir ailə üzvünün saxlanılması üçün xərc ödənildiyi halda ipoteka kreditinin verilməsinə dair heç bir məhdudiyyət qoyulmur. Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.

Son xəbərlər