Polisin qadınlarla kafedə tutduğu obyekt sahibi: "Dəvət etdik ki, çörək yeyək" - VİDEO

Polisin qadınlarla kafedə tutduğu obyekt sahibi: Dəvət etdik ki, çörək yeyək - VİDEO
Video
Sosial 31398

Gəncədə karantin rejimini pozan kafe sahibi və müştərilər danışıb.

BAKU.WS-in verdiyi məlumata görə, obyektin sahibi Füzuli Məhərrəmov vəziyyətdən çıxmaq üçün müştərilərin qonşusu olduğunu qeyib:

"Xanımlar qapını döydü. Gəldilər, bizimlə çörək yedilər. Qonşular idi. Dəvət etdik ki, çörək yeyək".

Elmira Cəfərova isə obyektin işığını yanılı gördüklərini və yemək yemək üçün kafeyə daxil olduqlarını söyləyib:

"Dedik, işləyirsiz? Dedilər, işləyirik. 15-20 dəqiqə oturmuşduq. Gəldilər yoldaşlar gördü".

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.

Kəpəz rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb.

Obyektin sahibi Füzuli Məhərrəmovla yanaşı onun müştəriləri Firdus Məmmədov, İsa Nəbiyev, Kəmalə Bayramova, Elmira Cəfərova, Türkan Abdullayeva və Fəxriyyə Məmmədova saxlanılaraq Kəpəz RPİ-nə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər