Polis vətəndaşlara məxsus obyektlərdə kameralar quraşdırır? - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi polis tərəfindən vətəndaşlara məxsus obyektlərdə videomüşahidə vasitələrinin quraşdırılması iddialarına cavab verib.
DİN-in Mətbuat Xidmətindən BAKU.WS-ə bildirilib ki, bugünədək dövlət tərəfindən parklarda, meydanlarda, küçələrdə, prospektlərdə, nəqliyyat infrastrukturlarında və əhalinin sıx toplaşdığı digər yerlərdə minlərlə kamera quraşdırılıb.
Həmin vasitələr uzun illərdir ki, cinayətkarlığa qarşı mübarizədə, asayişin və təhlükəsizliyin qorunmasında, köməksiz, həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətə düşmüş şəxslərə yardım göstərilməsinin təmin edilməsində uğurla istifadə olunur.
Vətəndaşlara məxsus obyektlərdə isə Daxili İşlər Nazirliyi tərəfindən videokameralar quraşdırılmır. Bu cür işlər qanunvericiliyə görə yalnız mülkiyyətçilər tərəfindən və onların şəxsi vəsaitləri hesabına həyata keçirilməlidir.
Hazırda vətəndaşlarımızın özlərinə məxsus obyektlərdə quraşdırdıqları videomüşahidə vasitələrinin sayı 200 mindən çoxdur və həmin kameralar “Təhlükəsiz şəhər” sisteminə qoşulmur. Lakin obyektlərdə olan kameraların görüntüləri cinayətlərin qarşısının alınmasında və açılmasında əvəzsiz rolunu, eləcə də əhəmiyyətini hər zaman göstərir.
Vətəndaşlarımızdan bu mühüm amili nəzərə alıb obyektlərində videomüşahidə kameralarının tətbiqini davam etdirmələri xahiş olunur.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...