Polis rəislərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ
Vətəndaşlar qarşılaşdıqları məsələlərlə bağlı təşəkkür, təklif və ya şikayətlərini Daxili İşlər Nazirliyinin "102" Xidməti Zəng mərkəzi, internet saytı, sosial şəbəkələrdəki rəsmi səhifələri ilə yanaşı artıq polis orqanlarının rəhbərlərinə də birbaşa ünvanlaya bilərlər.
DİN-in Mətbuat Xidmətindən BAKU.WS-ə bildirilib ki, bunun üçün respublikanın bütün şəhər və rayonlarda yerləşən polis idarə, şöbə və bölmələrinin rəislərinin qəbuluna onlayn yazılaraq görüş vaxtını təyin etmək kifayətdir.
Qəbuldan sonra müraciət edən şəxsin ərizəsi dərhal Nazirlik tərəfindən nəzarətə götürülür, problemin ən qısa zamanda həlli üçün zəruri tapşırıqlar verilir və nəticəsi barədə vətəndaş mütləq qaydada məlumatlandırılır.
Qəbula isə çox rahat şəkildə, "E-polis" mobil tətbiqi vasitəsilə onlayn qaydada yazılmaq mümkündür.
Vətəndaş-polis münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoyan birbaşa qəbul prosesi müraciətlərin daha operativ, obyektiv və həssaslıqla araşdırılmasına yönəlib. Əsas məqsəd isə vətəndaş məmnunluğunu ən yüksək səviyyəyə çatdırmaq, göstərilən xidmətlərin keyfiyyətini günbəgün artırmaq, şəffaflıq və əlçatanlığı təmin etməkdir.
Oxşar xəbərlər
Bakıda işsiz gənclərin etibarından sui-istifadə edilir - Adlarına külli miqdarda vergi borcu yazılıb
Bakıda işsiz gənclərin etibarından sui-istifadə edilərək, işə düzəltmək adı ilə adlarına şirkət açılıb. Nəticədə onların külli miqdarda vergi borcu yaranıb. BAK...