Polis evdə qayda pozanları cərimələdi
Yeniliklərdən dərhal xəbərdar olun
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması istiqamətində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
DİN Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən növbəti tədbirlər zamanı rayonun Muğan kəndi ərazisində M.Qürbətovun evində sərtləşdirilmiş karantin rejiminə zidd olaraq yığıncaq keçirilməsi aşkarlanıb.
Həmin məclisdə iştirak edənlər Rayon Polis Şöbəsinə dəvət edilib. Onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları bir daha izah olunub.
Karantin qaydalarını pozduğuna və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığına görə M.Qürbətov barəsində toplanmış materiallar baxılması üçün Rayon Məhkəməsinə göndərilib.
9 nəfər isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 200 manat məbləğində cərimə olunub.
Oxşar xəbərlər
Gizli nişan mərasimi keçirənlər cərimələnib
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin qaydalarının təmin olunması istiqamətində polis əməkdaşları tədbir...