Polis bir neçə aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkar etdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, Xanoğlan Sadıqovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, qaydalara riayət etməsi tapşırılıb. Buna baxmayaraq, həmin şəxs polis əməkdaşları tərəfindən ictimai yerdə aşkarlanıb. Onunla izahedici söhbətlər aparıldıqdan sonra yaşadığı ünvana geri qaytarılıb.
Daha bir aktiv koronavirus xəstəsi isə Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar keçirilən tədbirlər zamanı ictimai yerdə aşkarlanıb. Belə ki, Təhsin Mustafayevin yaşadığı ünvanı tərk edərək işlədiyi stomatoloji məntəqəyə gəldiyi müəyyən edilib. O, evinə geri qaytarılıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Oxşar xəbərlər
Yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsinə cinayət işi açıldı - FOTO
Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə keçirilən tədbirlər nəticəsində koronavir...