Polis Bakıda dilənən uşağı tapdı: Narkotikdən istifadə edib-etmədiyi məlum oldu - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“Bakıda dilənən uşaq polis tərəfindən tapılıb. Onun narkotik vasitələrdən istifadə etməsilə bağlı səslənən iddialar əsassızdır”.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, həmin uşaq xroniki xəstəlikdən əziyyət çəkir.
“Onun barəsində dəfələrlə profilaktik tədbirlər görülüb. Sığınacağa yerləşdirilməsi təklif olunsa da, o, bundan qəti imtina edib.
Həmin uşaq və anası xroniki xəstəlikdən əziyyət çəkirlər. Ana və azyaşlı uşağın qanunvericiliyə uyğun olaraq, aidiyyəti qurumlar məlumatlandırılmaqla müvafiq xəstəxanaya yerləşdirilməsi, eləcə də həyat və sağlamlıqlarının nəzarətə götürülməsi istiqamətində tədbirlər görüləcək.
Hazırda bu istiqamətdə ərazi polis orqanına müvafiq göstərişlər verilib”, - deyə Elşad Hacıyev bildirib.
Qeyd edək ki, ötən gündən sosial şəbəkələrdə Bakıda dilənən bir uşağın görüntüləri yayılıb. Yayılan fotoda əks olunan oğlanın “Nizami” metrosunun girişində diləndiyi bildirilib.
Oxşar xəbərlər
"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun təsdiqlənib
Prezident İlham Əliyev "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunu təsdiq edib. BAKU.WS xəbər verir ki, qanun Azərbaycan Respu...