Poliknikalarda yaranan sıxlıqla bağlı səhiyyə nazirliyi açıqlama yaydı – VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Poliklinikaların qarşısına yığılan onlarla insan vaksin sırası gözləyir.
Vətəndaşlar bildirir ki, onlar onlayn növbə götürsələr də hələ də vaksin oluna bilməyiblər.
Poliklinikanın həkimi Gülnarə Əfəndiyeva bildirib ki, vətəndaşlar özləri belə sıxlıq olmasına səbəb olurlar.
“Biz vətəndaşlara deyirik ki, saat 9-10 arasına növbə götürənlər içəri girsin, qalanları çöldə dayansın, daha sonra 10-11 arası növbəsi olanlar içəri daxil olsun. Amma onlar bizi başa düşmək istəmir. Bir-birləri ilə mübahisə etməyə başlayır. Ona görə də belə sıxlıq yaranır”, - deyə həkim qeyd edib.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinindən açıqlama verilib.
Nazirliyin Media və Kommunikasiya şöbəsinin müdiri Pərviz Abubəkirov bildirib ki, sonuncu brifinqdən sonra peyvənd məntəqələrinə gələn vətəndaşların sayı dəfələrlə artıb.
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Onlayn növbəyə baxan yoxdursa, niyə götürürük?
Nazirlər Kabineti yanında operativ qərargahın bir sıra iş yerlərində COVID-19 pasportunun tələb olunacağı ilə bağlı son qərarından sonra ölkə ərazisində koronav...