Poliklinikaların vitamin komplekslərini verməməsi ilə bağlı iddialara RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayev evdə müalicə alan şəxslərin poliklinikaların vitamin komplekslərini verməməsi ilə bağlı səsləndirdiyi iddialara münasibət bildirib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, o, jurnalistlərə açıqlamasında deyib ki, evdə müalicə yoxdur, dəstək var:
"Həmin dəstək də vitaminlər. mikroelementlər kompleksidir. Koronavirus evdə spesifik dərmanlarla müalicə olunmur. Koronavirus yalnız xəstəxana şəraitində müalicə olunur”.
Əgər poliklinikaların vitamin komplekslərini verməməsi ilə bağlı məlumatlar varsa, nazirliyə məlumat verilsin. Bu komplekslərin sadəcə imtiyazlı ailələrə verilməsi ilə bağlı fikir yanlışdır”, - nazir əvəzi deyib.
Oxşar xəbərlər
Evdə müalicə alan koronaviruslu xəstələrə dərmanların verilməsi dayandırılıb? - AÇIQLAMA
Səhiyyə Nazirliyi evdə müalicə alan koronaviruslu xəstələrə dərmanların verilməsinin dayandırılması, yalnız şəhid ailələrinə bu dərmanların verilməsi barədə səs...