Poliklinikaların və kənd sahə xəstəxanalarının bazasında ailə sağlamlıq mərkəzləri yaradıldı

Rayon mərkəzi xəstəxanalarında, o cümlədən də ilkin səhiyyə xidməti strukturlarında təkmilləşdirilmə işləri aparılır. Belə ki, poliklinikaların və kənd sahə xəstəxanalarının bazasında ailə sağlamlıq mərkəzləri (ASM) yaradılıb, Ailə həkimi modelinin tətbiqinə başlanılıb.
BAKU.WS TƏBİB-ə istinadən xəbər verir ki, həyata keçirilən işlərin davamı olaraq bölgələrin kənd məntəqələrində rayon mərkəzi xəstəxanalarından səyyar tibbi briqadalar cəlb edilməklə tibbi müayinələr təşkil edilir. İlk olaraq Sabirabad, Astara rayon mərkəzi xəstəxanalarının həkimləri (terapevt, pediatr, cərrah və d.) tərəfindən sözügedən rayonların bir sıra kəndlərindəki həkim məntəqələrində vətəndaşların instrumental müayinələri keçirilib.
Məntəqələrə gələ bilməyən vətəndaşların yaşayış ünvanlarında tibbi müayinəsi aparılıb.
Ümumilikdə, tibbi müayinələrdən 100-dən çox vətəndaş yararlanıb. Bu cür səyyar tibbi müayinələr davam etdiriləcək.
Oxşar xəbərlər
ÜST koronavirusa görə Azərbaycana nümayəndə göndərdi
Azərbaycanda koronavirusla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) xüsusi infeksion xəstəliklərlə bağlı işçi qrupu yaradılıb. Bu işçi qrupund...
