Cinsi yolla keçən dörd yeni xəstəlik

Cinsi yolla keçən dörd yeni xəstəlik
Sosial 3339
Qonoreya (süzənək), sifilis və xlamidiya cinsi yolla yoluxan xəstəliklərdir. Və bunlardan bir çox insan xəbərdardır. Lakin ictimai sağlamlıq rəsmilərinin bildirdiklərinə görə, inkişaf etməkdə olan bir sıra yeni və güclü xəstəliklər mövcuddur.Həmişə yeni xəstəliklər yaranır və cinsi yolla keçən xəstəliklər də istisna deyil.Bu yazıda sizə ictimai sağlamlıq üçün ciddi təhlükə sayılacaq dörd bakteriya haqqında məlumat verəcəyik.1. Neisseria meningitiNeisseria meningiti əsasən oral seks yolu ilə yayılırDaha çox meningococcus kimi bilinən neisseria meningiti beyin və onurğa sütununun qoruyucu membranlarına potensial öldürücü təhlükə yaradan invaziv meningitə səbəb ola bilir.Onun sidik-cinsiyyət infeksiyalarına səbəb olduğu da elmə məlumdur.1970-ci illərdə baş tutan bir araşdırmada erkək şimpanzenin sidik kanalı infeksiyasına burnu ilə yoluxduğu və sonra boğazına və penisinə ötürdüyü təsvir olunmuşdu."Bu heyvan tez-tez oral-tənasül əlaqədə olurdu," müəlliflər qeyd edirdilər.Təxminən 5 və 10 faiz arasi yetkinlər burunları və boğazlarının arxa hissəsində Neiserria meningiti daşıyırlar. Araşdırmalar göstərir ki, onlar bakteriyanı tərəf müqabillərinə oral seks, öpüşmə və infeksiyaya uğramış damcıları ötürə biləcək hər hansı başqa yaxın əlaqə vasitəsilə ötürürlər.Tədqiqatçılar Avropa, Kanada və ABŞ-da gey və biseksual kişilər arasında xəstəliyin invaziv formalarının yaranmasına hansı əlaqənin səbəb olduğunu müəyyənləşdirməyiblər.Lakin Neisseria meningitinə yoluxmuş başqa bir qrup kişinin sidik kanalı üzərində aparılan araşdırma göstərib ki, (onlardan yalnız biri heteroseksual olub) onlara xəstəlik oral seks vasitəsilə keçib.Alimlər 2015-ci ildə ABŞ-ın bir neçə şəhərində eyni anda yayılan xəstəlik zamanı onun qonoreya yaradan yaxın qohumu Neisseria qonoreya ilə DNT üzərindən genetik rekombinasiya aparıblar.Cinsi yolla keçən infeksiyanın belə effektiv yayılmasına da həmin mutasiya səbəb olur.Neisseria meningitinin dünyada ən yoluxucu hesab olunan beş növü var. Xoşbəxtlikdən hər beş növə qarşı müdafiə yaradan iki peyvənd mövcuddur.2. Mikoplazma genitaliumMycoplasma genitalium Xlamidiya xəstəliyini zahirən xatırlatsa da qadınların nəsilartırma funksiya üçün olduqca təhlükəlidir.Mikoplazma genitalium cinsi əlaqə vasitəsilə yoluxan qorxulu ən kiçik bakteriya hesab olunur.İlk dəfə 1980-ci illərdə aşkarlanan bakteriyaya yoluxan insan sayının hazırda 1-2 faiz arası olduğu zənn edilir və xüsusilə də, yeniyetmələr və yetkinlik yaşına çatan gənclərdə müşahidə olunur.Adətən simptomsuz görülən mikoplazma genitalium, sidik kanalı və uşaqlıq ağzında (serviks) davamlı qıcıqlanma yaradaraq xlamidiya və qonoreyaya bənzəyir.Qadın reproduktiv sistemində pelvik iltihabı xəstəliyinə səbəb ola bildiyi üçün onu sonsuzluq, uşaqsalma, vaxtında əvvəl doğuş və hətta dünyaya ölü uşaq gətirmə ilə əlaqələndirirlər.Kondomlar infeksiyanın qarşısını ala bilsə də, tədqiqatçılar Mikoplazma genitalium-un azitomiçin və doksisiklin antibiotikləri ilə müalicəyə daha dözümlü olduğu ilə bağlı narahatçılıqlarını paylaşıblar."Bu mikroorqanizm barəsində narahatçılığım odur ki, bu qədər dözümlük onun bir o qədər də çox yayılmasına səbəb olacaq," İİV/Cinsi Yolla Yoluxan Xəstəliklər Proqramı üzrə Seattle və King Əyalətinin İctimai Sağlamlıq direktoru Matthew Golden deyir.Mikoplazma genitalium super-bakteriyasının qarşısını almaq üçün daha ətraflı testlərə ehtiyac var.Lakin diaqnostik üsullar, sidiklik, serviks və ya vaginal yaxma testləri vasitəsilə həmişə əlçatandır.3. Shigella flexneriShigella flexneri mədə qıcolmasına və qanlı qarın işləməsinə səbəb olur.Shigellosis (və ya Shigella dysentery) insan nəcisinin birbaşa və ya dolayı yolla əlaqəsi zamanı yoluxur.İnfeksiya kəskin qarın sancıları və qan-bəlğəm qarışıq qarınişləmə ilə müşayiət olunur.Xəstəlik daha çox azyaşlı uşaqlar və bəzi orta və aşağı gəlirli ölkələrin səyahətçiləri arasında müşahidə edilsə də, tədqiqatçılar gey və biseksual kişilərdə shigellosis-i 1970-ci illərdə qeydə almağa başlayıblar.Alimlər inanır ki, flexneri yayılmaq üçün anal-oral seks vasitəsilə yeni bir yol tapıb və beləliklə, cinsi yolla yoluxan bir neçə infeksiyaya səbəb olub.New York City-nin Sağlamlıq və Əqli Gigiyena Departamentinin rəhbər müavini Demetre Daskalakis-ə görə, infeksiya qonoreyanın da müalicəsi üçün istifadə olunan azitromiçin antibiotikinə qarşı getdikcə daha dözümlü olur.İctimai sağlamlıq agentlikləri Shigella-nın potensial qonoreya super-bakteriyası törədəcəyindən ehtiyat edərək, nüanslı müalicə strategiyası seçiblər, o deyir.Həkimlər yetkin, sağlam insanlara artıq antibiotikdən istifadə etməməyi və shigellosis-in narahatedici olmağına baxmayaraq, adətən qısa çəkən müddətini özü başa vurmasını məsləhət bilirlər.4. Lymphogranuloma venereum (LGV)Bu cinsi yolla yoluxan infeksiyaya səbəb Xlamidiya trachomatis-dir ki, o da "dəhşətli infeksiya" üçün əsas yaradır, San Francisco-da yerləşən One Medical klinikasının həkimi Christopher Schiessl belə düşünür.LGV əvvəlcə müvəqqəti tənasül sızanağı, suluğu və ya xorası yaradır və sonra bədənin limfatik sistemini ələ keçirir. Bağırsaq infeksiyası bağırsaq iltihabı xəstəliyinə oxşayır və fisrula və struktura kimi yoğun və düz bağırsaq anomaliyalarına səbəb olur.Ötən onillik ərzində LGV Avropa və Şimali Amerikada artan dərəcədə ümumi hal alıb və bir sıra xəstəliklər ilə əlaqələndirilir. Xüsusilə də, gey və biseksual kişilər arasında.Xlamidiyada olduğu kimi LGV də yüksək İİV ötürücülüyü riski daşıyır.Vaginal və ya anal seks zamanı qoruyuculardan (kondomlar) istifadə etmək infeksiya riskini azalda bilər. LGV üçün isə doksisiklin antibiotikləri kimi preparatlarla üç həftəlik müalicə lazım gələ bilər./milli.az/BAKU.WS

Son xəbərlər