Plastik kartlarla birdəfəlik ödənişlərin verilməsinə başlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə mayda hər ay üçün yaşayış minimumu qədər (190 manat) birdəfəlik ödənişlərin plastik kartlar vasitəsi ilə verilməsi nəzərdə tutulub.
BAKU.WS bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, Tədbirlər Planına əsasən, “Rabitəbank” ASC 21 min nəfərdən çox vətəndaşa birdəfəlik ödəmələrin təqdim olunmasını həyata keçirməyə başlayıb. Vətəndaşlar “Rabitəbank”ın lokal plastik kartlarını əldə edərək ödəmələrini “Rabitəbank” ATM-lərindən əldə edə biləcəklər.
Ödəmələr yalnız Bakı şəhərində deyil, bankın fəaliyyət göstərdiyi bütün regionlarda da həyata keçirilir. Vətəndaşlar onlara göndərilmiş SMS bildirişdə qeyd edilən “Rabitəbank” filialına yaxınlaşaraq 190 AZN birfəfəlik yardım olan bank kartlarını əldə edə bilərlər.
Qeyd edək ki, birdəfəlik ödəməni yalnız işsizlik statusu rəsmiləşdirilmiş şəxslər ala bilərlər. Qanuna əsasən, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri, əyani təhsil alan tələbələr və başqaları məşğul şəxs sayıldığından işsiz şəxs kimi qeydiyyata alınmır.
Oxşar xəbərlər
Bu şəxslərə ödəmə verilməyəcək - SİYAHI
Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdə...