Pirallahı rayonunun suyu kəsiləcək
13
apr
2017
18:17
Sabah Bakının Pirallahı rayonunda suyun verilişi məhdudlaşdırılacaq.
"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, Bakı şəhəri Pirallahı rayonu ərazisində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə birləşdirilməsi ilə əlaqədar aprelin 14-də saat 07:00-dan etibarən gün ərzində Pirallahı qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.
BAKU.WS
Oxşar xəbərlər
Sabah Abşeron və Bakının bəzi ərazilərində su olmayacaq
Sabah Abşeron və Bakının Sabunçu rayonunun bəzi qəsəbələrinin içməli suyun verilməsində müəyyən fasilələr yaranacaq. "Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şö...