Peyvənd olunanların sayı açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, bir gündə 27 417 vaksin vurulub.
Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 511, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 453, buster doza üzrə vaksinasiya olunanların sayı isə 21 453 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 373 965, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 171 942, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 680 213, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 521 810 təşkil edir.
Oxşar xəbərlər
COVID pasportu nədir? - Kimlərə veriləcək - VİDEO
"Yeni sənəd tətbiq olunur, COVID pasportu. Bu pasport iki sertifikatdan ibarət olacaq. Hər iki sənədin adı COVID pasportu kimi təqdim olunur". BAKU.WS xəbər ver...