Pərviz Abbasovun həbs müddəti azaldıldı

Pərviz Abbasovun həbs müddəti azaldıldı
Sosial 229

Rüşvət ittihamı ilə həbs edilən “Yeni Klinika”nın direktoru Pərviz Abbasovun cəzası yüngülləşdirilib.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün Ali Məhkəmədə keçirilən iclasda qəbul olunmuş qərara əsasən, onun həbs müddəti 3 ilə endirilib.

Xatırladaq ki, P.Abbasov COVID-19 pandemiyası dövründə xəstələrin “Yeni Klinika”ya yerləşdirilməsi müqabilində onların yaxınlarından pul almaqda ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsi Pərviz Abbasova 8 il 6 ay cəza vermiş, daha sonra Bakı Apellyasiya Məhkəməsi cəzanı 5 il 6 aya endirmişdi. Tanınmış cərrahın 2021-ci ilin aprelində həbs edildiyini nəzərə alsaq, 1 il sonra onun cəza müddəti başa çatacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər