Pensiyalardakı artımla bağlı SEVİNDİRİCİ XƏBƏR
Pensiyalarda artım dinamikası bu il də davam edəcək.
BAKU.WS xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev ilin yekunları və 2026-cı ilin hədəflərinə dair mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, ötən ilin fevralından 1-dən isə minimum pensiya 14,3 faiz artırılaraq 280 manatdan 320 manata çatdırılıb.
Zəka Mirzəyev hamçinin sosial islahat paketi çarçivasinda müavinət və təqaüdlərdə edilən artımları, dövlətimizin başçısının Sərəncamı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2025-ci il 30 dekabr tarixinə ünvanlı sosial yardım alan ailələrə 200 manat birdəfəlik maddi yardım ödənildiyini diqqətə çatdırıb:
"2025-ci ildə Fondun xərclərinin əvvəlki ilə nisbətən 9 faiz və ya 629 milyon manat artaraq 7,5 milyard manat təşkil etdiyi qeyd olunub. Orta aylıq pensiyanın ötən il daha 9 faiz artaraq 543 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın 578 manata çatdığı, pensiyalarda artım dinamikasının bu il də davam edəcəyi vurğulanıb".
Oxşar xəbərlər
16.01.2026 - Bakıda şaxta olacaq
Azərbaycanda yanvarın 16-na gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. BAKUWS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb....