Pensiyaçılara ŞAD XƏBƏR
07
mar
2025
15:13
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə mart ayının pensiyalarını qrafikdən əvvəl ödəyib.
Bu barədə BAKU.WS-ənazirlikdən məlumat verilib.
Bildirilib ki, ölkənin digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları, bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da qarşıdan gələn bayramlarla əlaqədar olaraq bu ay qrafikdən əvvəl ödəniləcək.
Oxşar xəbərlər
Startap və KOB-larla dövlət qeydiyyatı sahəsində yeniliklər müzakirə olunub
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti startaplar, mikro və kiçik sahibkarlıq subyektləri ilə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsin...