Paytaxtın məşhur parkı təmirə bağlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Nərimanov rayonunun mərkəzi parkı hesab edilən Nərimanov adına istirahət parkında əsaslı təmir işlərinə başlanılır.
BAKU.WS Nərimanov icra hakimiyyətinə istinadən xəbər verir ki, aparılacaq əsaslı təmir işləri çərçivəsində parkda tamet-daş üzlüklərin dəyişilməsi, müasir oturacaqların quraşdırılması, fontan meydanının yenidən qurulması, yeni yaşıllıq sahələrinin yaradılması nəzərdə tutulur.
Eyni zamanda parkın ərazisində yerləşən ictimai-iaşə obyektlərinin fasadlarının müasir üslubda təmiri, yeni işıq dirəkləri, eləcə də uşaqların, gənclərin, həmçinin yaşlı nəslin asudə vaxtlarının səmərəli, sağlam və əyləncəli keçirmələri üçün idman qurğularının quraşdırılması, uşaq meydançası və istirahət guşələrinin yaradılması da planlaşdırılıb.
Abadlıq və təmir işləri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçiriləcək.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...