Paytaxtın bu hissəsində evlərin bir kvadratmetri 2500-4000 AZN-dir

Paytaxtın bu hissəsində evlərin bir kvadratmetri 2500-4000 AZN-dir
Video
Sosial 1698

Ölkədə mənzil bazarında qiymət artımı müşahidə edilir. Bu qiymət artımı ekspertlər tərəfindən müxtəlif səbəblərlər əlaqələndirilir.

BAKU.WS xəbər verir ki, əmlak ekperti Elnur Fərzəliyev mənzil bazarındakı qiymət artımını torpaq sahələrinin bahalaşması ilə əlaqələndirib. O bu barədə "Günə son" verilişinə açıqlamasında bildirib:

"Yararlı olan torpaq sahələrinin qiymətinin kəskin artması birbaşa tikintinin maya dəyərində təsir edir. Bu da mənzillərin satış qiymətinə öz təsirini göstərir. Çox mənzilli yaşayış binalarının sökülərək yeni binalarla əvəzolunması sökülmə ehtimalı olan ərazilərdə də süni qiymət artımları yaradıb".

Paytaxtın Yasamal, Nəsimi, Səbail kimi rayonlarında köhnə tikililərdə də qiymət artımı var.

Elnur Fərzəliyev bildirib ki, burada 1 otaqlı evlər 100 000 AZN civarındadır. Bu 6-7 il əvvəllə müqayisədə 30-40 faiz artım deməkdir.

Ekpertin sözlərinə görə, Bakının mərkəzi rayonlarında evlərin 1 kvadratmetri 2500-4000 AZN aralığında dəyişir.

Paytaxt əhalisi daha çox ipotekaya yararlı evlərə üstünlük verir.

Ekspertlər onu da vurğulayır ki, mənzil axtarışı zamanı qiyməti 100 000 AZN-dən yuxarı evlərə üstünlük verən vətəndaşlar az deyil.

Ətraflı videoda:

Oxşar xəbərlər

Ev almaq istəyənlər üçün vacib XƏBƏR

Ev almaq istəyənlər üçün vacib XƏBƏR

Evlərin maya dəyəri 3 dəfəyə yaxın artıb. Rəsmi məlumatlara əsasən, ötən il ərzində 20 min 149 ədəd yaşayış evi tikilib. Bu evlərin tikintisinə 2 milyard 572 mi...

108 Sosial 23:59 13 fevral 2025

Son xəbərlər