Paytaxtda sərnişinlər kondisionerli dayanacaqdan istifadə edə bilmirlər
Yeniliklərdən dərhal xəbərdar olun
Metronun "Qara Qarayev" stansiyasının yaxınlığında yerləşən müasir tipli avtobus dayanacağının natəmiz vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub.
Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşların sözlərinə görə, bəzi evsiz şəxslər dayanacaqda gecələyirlər.
Nəticədə ərazidə antisanitar vəziyyət yaranır və kəskin üfunət səbəbindən sərnişinlər dayanacağın içərisinə daxil ola bilmirlər.
Qeyd edək ki, müasir tipli dayanacaqlar sərnişinlərin qışda soyuqdan, yayda isə istidən qorunması üçün kondisioner sistemi ilə təchiz olunub.
Lakin mövcud vəziyyətə görə vətəndaşlar dayanacağın sərin salonundan istifadə etmək əvəzinə, avtobusları qızmar günəş altında gözləmək məcburiyyətində qalırlar.
Oxşar xəbərlər
Gəncədə sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - 4,9 milyon manat ayrıldı
Gəncə şəhərində yol infrastrukturunun yenilənməsi istiqamətində yeni işlərin görülməsi planlaşdırılır. Şəhərin bir sıra ərazilərində yol örtüyünün yaxşılaşdırıl...