Paytaxtda istilik problemi var? - RƏSMİ CAVAB
Yeniliklərdən dərhal xəbərdar olun
Hazırda Bakıda mənzillərə, yaşayış obyektlərinə və təhsil müəssisələrinə verilən istilik sistemlərilə bağlı hansısa problem müşahidə olunmur.
Bunu BAKU.WS-ə açıqlamasında "Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib.
Qurum rəsmisi bildirib ki, istilik sistemlərilə bağlı problemlər işıqlar sönən zaman yaranır.
“Bu gün Yasamal rayonu, Elmlər Akademiyası yaxınlığında elektrik enerjisinin verilməsi kəsilmişdi. Qazanxanada da işıq sönmüşdü deyə, həmin ərazilərə verilən istilik sistemi kəsilmişdi.
Ümumilikdə 558 qazanxana və 90 məntəqəmiz işləyir. Qaz, su və elektrik enerjisinin verilməsində hansısa fasilələr və kəsintilər olmazsa, istilik sistemləri daimi təmin ediləcək. Qaz və su təchizatında problemlər olmur, lakin arada işıqlar sönür. Bu zaman müəyyən problemlər yaranıb. Amma bu problem də qısa müddətdə aradan qaldırılır”, - deyə Rafiq Əliyev bildirib.
Oxşar xəbərlər
Noyabrın 15-i Bakıya niyə istilik verilmədi? - RƏSMİ CAVAB
2020-2021-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqadar “Azəristiliktəchizat” ASC tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq istilik təchizatı...