Paytaxt Yeni il üçün bəzədilir - FOTOREPORTAJ
Yeniliklərdən dərhal xəbərdar olun
Yeni ilin gəlişinə sayılı günlər qalıb. Bu münasibətlə hər il olduğu kimi paytaxt küçələrində şam ağacları ("yolka") qurulur, yarmarkalar təşkil edilir.
BAKU.WS-in əməkdaşı şəhərin mərkəzi küçələrini gəzib, yeni il hazırlıqları ilə yaxından tanış olub.
Hazırda bu istiqamətdə Bakı Bulvarında ciddi işlər görülür.
Şam ağacları quraşdırılır, işıqlı tağlar hazırlanır, binaların küçələrə baxan tərəfləri rəngarəng işıqlarla bəzədilir. Havanın soyuq və çiskinli olmasına baxmayaraq ərazi ağacların qurumuş yarpaqlarından təmizlənir.
Elə burada təşkil olunan bayram yarmarkasında da böyük hazırlıq işləri gedir. Saat 11:00-dan sonra fəaliyyətə başlayan yarmarkada stendlərin yerləşdirilməsi prosesi aparılır.
Bulvar ərazisində "2023" yazılan işıqlı bəzəklər, evciklər, "şaxta baba" oyuncağı, gələn ilin simvolu olan dovşan füqurlu işıqlı bəzəklər və uşaqların əylənməsi üçün müxtəlif dekorativ əşyalar quraşdırılıb.
Neftçilər prospekti də öz növbəsində şəhərin gözəlliyinə əlavə bir rəng qatır. Bura başdan-başa rəngarəng işıqlarla bəzədilib.
“Azneft” meydanında isə hündürlüyü ilə MDB ölkələrinin paytaxtlarında qurulmuş ən böyük küknar ağacları sırasında ilk onluqda yer alan "yolka" qoyulub.
Ənənəvi olaraq Fəvvarələr meydanında "Soyuq əllər, isti ürək" yarmarkası təşkil olunub ki, bura da yerli sakinlərin və turistlərin marağındadır. Meydanın mərkəzi yeni il atributu olan şam ağacı ilə taclandırılıb.
Tarixlə bu günün vəhdəti olan "Köhnə Bakı"ya daxil olarkən bizləri girişdə ucaldılan böyük bayram "yolka"sı qarşılayır.
Qız Qalasına doğru uzanan körpü də bəzəkli işıqlarla yeni ilə tam hazırdır.
Qalereya
Oxşar xəbərlər
Paytaxtda satılan "Yolka" və Yeni il bəzəklərinin - QİYMƏTLƏRİ/FOTOREPORTAJ
Yeni il üçün görülən əsas hazırlıqlardan biri evlərin Şaxta baba, “Yolka”, suvenirlər, müxtəlif işıqlar və digər yeni il bəzəkləri ilə dekorasiya edilməsidir. A...
