Paytaxt bazarlarında xiyar və pomidorun bahalaşmasının SƏBƏBİ NƏDİR? - VİDEO
15
iyl
2024
22:33
Paytaxt bazarlarında pomidor və xiyarın qiyməti artıb.
Bir neçə gün əvvəl 70 qəpiyə satılan xiyar 1 manat 50 qəpiyə, 1 manata satılan pomidor isə 2-3 manata təklif edilir. Elə alıcılar da bu məhsullarda qiymət artımının olduğunu deyirlər.
Pomidor və xiyarda 2 dəfədən artıq qiymət artımının olduğunu satıcılar da təsdiqləyirlər. Onlar mövsümi tərəvəzlərin belə bahalaşmasını havanın tez-tez dəyişməsi ilə əlaqələndirirlər.
Satıcılar bildiriblər ki, yaxın günlərdə bu məhsulların yenidən ucuzlaşacağı gözlənilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Bazarlarda pomidor qıtlığının SƏBƏBLƏRİ - FOTO
Azərbaycan Türkmənistandan pomidor alışını beş dəfə artırıb. Belə ki, 2024-cü ilin yanvar-aprel aylarında bu ölkədən 304,9 min ABŞ dolları dəyərində 548 ton pom...