Parlament DSMF-nin builki büdcəsinə dəyişiklikləri təsdiqləyib
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, layihəni parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.
Dürüstləşdirilmiş büdcədə DSMF-nin gəlirləri və xərcləri 4 milyon manat artırılaraq 6 milyard 268 milyon manat təşkil etməsi təklif olunur.
Fondun büdcəsinin 4 milyon manat həcmində gəliri əvvəlki illərdə istifadə olunmamış vəsaitdən formalaşacaq. DSMF dürüstləşdirilmiş büdcəsinin xərc hissəsində nəzərdə tutulmuş 4 milyon manat uşağın anadan olmasına görə müavinətin məbləğini 2023-cü ilin yanvar ayından 300 manatdan 500 manata qaldırılması xərclərini qarşılamaq üçün nəzərdə tutulub.
Eyni zamanda, postkovid dövründə ölüm hallarının azalması səbəbindən dəfn üçün müavinətin 2023-cü ilin büdcəsində təsdiq edilmiş 41 milyon manatdan 4 milyon manat azaldaraq 37 milyon manata endirilməsi təklif olunur.
Fondun müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumunun aparatının və digər struktur bölmələrinin saxlanılması xərclərinin 4 milyon manat və yaxud 3,9% artırılaraq 106,7 milyon manat səviyyəsində olması nəzərdə tutulur.
Sənəd səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Milli Məclisin sonuncu plenar iclasının gündəliyi açıqlanıb
Milli Məclisin yaz sessiyası çərçivəsində sonuncu plenar iclasının gündəliyi açıqlanıb. BAKU.WS apa-ya istinadən xəbər verir ki, Milli Məclisin 30 may tarixli i...