Parklanmaya icazəsi olan avtomobilə yazılan cəriməyə məsul qurum tapılmır - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Vətəndaş Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin tərtib etdiyi protokoldan şikayətçidir.
Bildirib ki, “Formula-1” Azərbaycan Qran-prisi zamanı avtomobilinin parklanma icazəsi olsa da, ona cərimə yazılıb:
“Maşını park edəndə orada Yol Patrul Xidməti (YPX) maşını və xidmətin iki əməkdaşı var idi. Həmin gün şikayətimi bildirdim. Səhəri gün yenə də orada dayanan YPX əməkdaşına problemi bildirdim. Dedilər ki, “Cərimə yazılmaması üçün kameralar söndürülmüş olmalıdır, amma yenə də şikayət et”. Dəfələrlə şikayət etmişəm, amma baxılmır və cərimə də hesabımda qalır. Nəticədə üstünə faiz gəlir”.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli oxu.az-a açıqlamasında bildirib ki, görüntüləri DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi çəkib, məsələni də onlar aydınlaşdırmalıdırlar.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov isə bildirib ki, məsələ qurumun səlahiyyətində deyil:
“Bu məsələyə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi baxır”.
Oxşar xəbərlər
Azərbaycanda yeni parklanma qiymətləri sürücülərə və hökumətə nə verəcək?
İyunun 25-də Nazirlər Kabinetinin nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləğini təsdiq etməsi bu günə qədər yaranan bir sıra suallara cavab tapm...