Pandemiyanın mənfi təsirini azaltmaq üçün “BakuBus”a nə qədər vəsait köçürülüb?
Yeniliklərdən dərhal xəbərdar olun
Koronavirus (COVID-19) pandemiyasının sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə Bakı Nəqliyyat Agentliyi tərəfindən “BakuBus” MMC-yə 7,5 milyon manat məbləğində vəsait köçürülüb.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının 2020-ci ilin dövlət büdcəsinin icrasına dair qanun layihəsinə verdiyi rəydə qeyd olunub.
Belə ki, köçürülmüş məbləğin büdcə vəsaitinin 5,4 milyon manatı (72,6%-i) təşkilatın pandemiyadan zərər çəkmiş təsərrüfat fəaliyyətinin yaxşılaşdırılmasına yönəldilib.
2,1 milyon manat (27,4%-i) isə pandemiya ilə birbaşa əlaqəsi olmayan istiqamətlərə, yəni vergi orqanlarının sərəncamları ilə vergi borclarının ödənilməsinə silinib.
Pandemiya ilə bağlı ayrılan vəsaitin vergi borclarına yönəldilməsi büdcədən pandemiyanın mənfi təsirini azaltmaq üçün ayrılan vəsaitin istifadə etmədən büdcəyə geri qaytarılması kimi qiymətləndirilir.
Oxşar xəbərlər
"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun təsdiqlənib
Prezident İlham Əliyev "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunu təsdiq edib. BAKU.WS xəbər verir ki, qanun Azərbaycan Respu...