Pandemiya dövründə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 3,1 dəfə azalaraq 996,5 min nəfər olub.
BAKU.WS-in məlumatına görə, ölkə vətəndaşlarının 32,8 faizi İrana, 29,2 faizi Gürcüstana, 20,3 faizi Rusiya Federasiyasına, 10,0 faizi Türkiyəyə, 7,7 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 69,9 faizini kişilər, 30,1 faizini qadınlar təşkil etmişdir. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 3,6 dəfə, Türkiyəyə gedənlərin sayı 3,4 dəfə, Gürcüstana gedənlərin sayı 3,0 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 2,7 dəfə azalıb.
2020-ci ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 80,7 faizi dəmir yolu və avtomobil, 17,2 faizi hava, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...