Pandemiya dövründə istifadə olunan ambulanslar indi haradadır? - TƏBİB aydınlıq gətirdi
COVID-19 pandemiyası dövründə ölkə üzrə modul tipli xəstəxanaların fəaliyyətə başlaması ilə paralel olaraq təcili tibbi yardım xidmətinin gücləndirildiyi bildirilirdi. Bu fonda hazırda vətəndaşların təcili yardım çağırışlarının gecikməsi ilə bağlı şikayətləri pandemiya dövründə istifadə olunan ambulansların taleyi ilə bağlı suallar yaradıb.
Məsələ ilə bağlı BAKU.WS-in TƏBİB-ə ünvanlanan sorğusuna cavab olaraq bildirilib ki, COVID-19 pandemiyası zamanı modul tipli xəstəxanalar üçün ayrıca və yalnız həmin müəssisələrə məxsus xüsusi təcili tibbi yardım nəqliyyat vasitələri ayrılmayıb. Qurumun açıqlamasına görə, pandemiya dövründə mövcud ambulanslar ehtiyac əsasında müxtəlif tibb müəssisələri arasında çevik şəkildə istifadə olunub.
TƏBİB-in məlumatında vurğulanıb ki, modul xəstəxanaların fəaliyyəti üçün ayrıca ambulans parkı formalaşdırılmayıb və pandemiya dövründə də təcili tibbi yardım xidmətində olan nəqliyyat vasitələri ümumi sistem çərçivəsində istismar edilib.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib, tablolarda "dumanlı hava" işarəsi qoyulub
Hazırda Bakıda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. BAK...