Pambıq sahələrində zəhərlənmə halları niyə baş verir? EKSPERT RƏYİ
21
iyn
2018
09:44
Son günlər rayonlarda pambıq sahələrində baş verən zəhərlənmə halları ilə bağlı tanınmış iqtisadçı ekspert Vüqar Bayramov açıqlama verib.BAKU.WS xəbər verir ki, ekspert məsələnin çox ciddi hal olduğunu deyib.“Bir sıra rayonlarda pambıq sahələrndə zəhərlənmə halları bəzi məqamları daha aktuallaşdırdı. Əvvəlla, pambıq sahələrində niyə zəhərli gübrələrdən istifadə edilməsinin, həmin dərmanların ölkəyə necə idxal olunmasının və ən əsası bunu kimlərinin etdiyinin araşdırılmasına ehtiyac var”, - deyə V.Bayramov bildirib.İqtisadçı deyir ki, bu sadəcə hüquqi məsələ deyil, həmçinin belə hallar gələcəkdə ənənəvi aqrar məhsulların istehsalına marağı azalda bilər:“Digər tərəfdən, aqrar sektorda intensiv metodlardan istifadə edilməsinə vacibdir. Hazırda dünyanın, demək olar, heç bir ölkəsində pambıqçılıqda əl əməyindən istifadə edilmir. Ən azı ona görə ki, bu halda pambığın maya dəyəri daha yüksək olur və bazarda rəqabət aparmaq imkaları məhdudlaşır. Bizdə də pambıq yığımının texnolojiləşməsinə ehtiyac var. Bu baxımdan, ümid edirik ki, Kənd Təsərrüfatı Nazirliyinin yeni rəhbərliyi dəfələrlə gündəmə gətirdiyimiz innovativ istehsal strategiyası, elektron ixrac xəritəsi kimi müasir yanaşmalardan istifadə edəcək. Ən əsası, aqrar lizinq xidmətlərində şəffaflığın gücləndirilməsinə ehtiyac var ki, fermerlərin texnikaya çıxış imkanları genişlənsin. Güman edirik ki, son faktlar kənd təsərrüfatında idarəetmənin tamamilə yeniləşməsi üçün də bir əsas olacaq”.BAKU.WS
Oxşar xəbərlər
Yevlaxda da pambıq sahəsində 24 nəfər zəhərlənib - SİYAHI
Yevlax rayonundakı pambıq sahələrindən birində kütləvi zəhərlənmə hadisəsi baş verib.BAKU.WS "Report"a istinadən xəbər verir ki, Hacımahmudlu kəndi ərazisində y...