“Kids Studio” lisenziyasız necə fəaliyyət göstərib? - EKSPERTDƏN AÇIQLAMA
12
iyn
2018
13:45
“Ötən gün “Kids Studio”da baş verənlər bir sıra vacib məqamları yenidən gətirib. Bağça əməkdaşının azyaşlı uşağa qarşı aqressiv davranışı vandalızm ilə müqayisə gələcək bir hadisə olsa da biz indi onu müzakirə etməyəcəyik”.BAKU.WS xəbər verir ki, məsələyə tanınmış ekspert Vüqar Bayramov toxunub. O, “Facebook” səhifəsində yazıb ki, hüquq mühafizə orqanları həmin bağçada uşaqlara qarşı daha hansı aqressiyanın olub-olmamasını araşdıracaqlar.
“Bununla belə, məsələnin institutsional tərəfləri var. Əvvəlla, necə olub ki müxtəlif tanıtım kampaniyaları keçirən, böyük auditoriya yığmağa çalışan və hətta Avropa mədəniyyətindən xəbərsiz olsalar da belə İspan günləri təşkil edib yayımlayan bağçanın lisenziyasız fəaliyyət göstərdiyini heç bir icra qurumu bilməyib?”, - deyə ekspert bildirib.V.Bayramov deyir ki, lisenziyasız fəaliyyət göstərmək büdcəyə ödənişlərdən yayınmaqla yanaşı, qeyri-leqal dövriyəyə malik olmaq deməkdir:“Buna rəğmən, qəribə olsa da bu yarışıqlı uşaq bağçasının qanunsuz fəaliyyət göstərməsi ilə heç bir icra qurumu maraqlanmayıb. İkincisi, özəl uşaq bağçaları daxil olmaq digər təhsil müəssisələrinin fəaliyyətində institutsional dəyişkliyə ehtiyac var. Uşaq bağçaları məktəbəqədər tərbiyyə müəssisəsidir və müıkiyyət növündən asılı olmayaraq onların yerli icra hakimiyyəti orqanlarına deyil, Təhsil Nazirliyinə tabe olmasına ehtiyac var. Praktika göstərdi ki, uşaq bağçalarının yerli icra hakimiyyətinin nəzarətində olması səmərli deyil. Üçüncüsü, uşaq bağçaları daxil olmaq bütün təhsil müəssisələrində içtimai nəzarətin gücləndirilməsinə ehtiyac var. Özəl müəssisə olmaq istədiyi prinsipləri tətbiq etmək anlamına gəlməməlidir- xüsusən də təhsil müəssisələrində. Buna görə də, həmin müəssisələrin fəaliyyəti ilə bağlı konkret standartların hazırlanıb tətbiq olunması və onların icrasına nəzarətin gücləndirilməsi vacibdir”.BAKU.WS
Oxşar xəbərlər
Uşaqların döyüldüyü bağça qanunsuz fəaliyyət göstərib - BAĞLANDI
Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) nümayəndələri “Kids studio” uşaq bağçasında olub.BAKU.WS-in məlumatına görə, RİH nümayəndələri uşaq bağçasında baş vermi...