Oxu.Az xəbər saytı 12 yaşını qeyd edir
Oxu.Az xəbər saytı 12 yaşını qeyd edir. Sayt 2013-cü il iyulun 1-də fəaliyyətə başlayıb.
Bu gün Oxu.Az ölkənin ən böyük media ailəsinin - "Global Media Group" media holdinqinin tərkibində fəaliyyət göstərir.
Sayt hər gün yüzlərlə xəbəri artıq üç dildə təqdim edir. Hazırda Azərbaycan və rus dilləri ilə yanaşı, türk dilində də xəbərlər yayımlanır.
Oxu.Az kollektivi təkcə ölkəmizdə deyil, bütün dünyada baş verən ən son xəbərləri operativ şəkildə oxuculara çatdırmaq üçün gecə-gündüz çalışır.
Ötən illər ərzində Oxu.Az Azərbaycanda ən çox oxunan informasiya resurslarından biri olub.
BAKU.WS Oxu.az kollektivini əlamətdar tarix münasibətilə təbrik edir, yaradıcılıq uğurları arzu edirik!
Oxşar xəbərlər
Çindən gətirilən avtomobillərin daşıma xərcləri 100 faizə qədər BAHALAŞDI
Çindən gətirilən avtomobillərin daşınma qiymətlərində son bir neçə həftədə 2 dəfəyə yaxın artım var. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, əvvəl 1500 do...